"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXIV turunda "Kəpəz"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırəıb.
- Həmkarınız Yunis Hüseynov bildirdi ki, bu gün "Kəpəz" qalib gəlməli idi. Siz bu fikirlə razısınız?
- Həmkarımın fikrinə hörmətlə yanaışıram. Hər iki komanda qalib gələ bilərdi. Bizim qol vəziyəti daha çox idi. Qalib gəlmək istəyirdik. Çnüki "Keşlə" bizi qabaqlayaraq 6-cı pilləyə qalxmışdı. Turnir cədvəlində aşağıda olanlar da öz aralarında mübarizə aparır. Evdə qələbə vacib idi. Yetərincə qol vəziyyətləri yaratdıq. Düzdü, ilk hissədə rəqibin qol vəziyyətləri vardı. Ancaq ikinci hissədə olmadı. Nəticə ədalətli oldu.
- Türkmən hücumçunun oyunundan narazı qaldınız və əvəzlədiniz. O, yerli hücumçulardan nəylə üstündü?
- O, iki oyundur çıxış etmirdi. Mənə "Kəpəz"in oyun üslubuna uyğun olaraq irəlidə topldan yapışan hücumçu lazım idi. Vit də bu göstəricidə Vüqar Nadirov və Nurlan Novruzovdan üstündü.
- Bu gün uzun ötürmələrdən çox istifadə etdiniz...
- Bu da bizim oyun üslubudu. Mərkəzdə top saxlaya bilmiriskə, belə oynamalıyıq. Pis alınmadı. Hər dəfə alına bilməz.
- Hədsiz top itirdiniz. Bunun səbəbi nədi?
- Tələskənliklə bağlı idi. Çünki qalib gəlmək istəyirdik. Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar.