1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin legioneri: "Avropaya getməliyik"
"Çox çətin oyun oldu. Bu, həm bizim, həm də "Qəbələ" üçün belə idi. Gördüyünüz kimi, hər iki komanda meydanda vuruşurdu. Sonda da biz qalib gəldik".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu İqnasio Herrera Topaz Premyer Liqasının XXIV turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Çilili yarımmüdafiəçi vacib qələbədə erkən qolun həlledici olduğunu bildirib: "Təbii ki, Ruslan Abışovun vurduğu qol möhtəşəm idi. Bu qol çox lazımlı anda gəldi. Nəticədə qazandığımız 3 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəldik. Avropaya getməliyik. Bunun üçün sonadək mübarizə aparacağıq".
"Neftçi" "Qəbələ" ilə "Bakcell Arena"da 4 gündə tam fərqli oyunlar nümayiş etdirib. Herrera Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən fərqli olaraq, çempionat matçında daha istəkli olmalarını belə izah edib: "Həmin yarımfinal matçında hesabı biz açdıq. Ancaq sonradan 2 qol buraxdıq. Bu zaman bizim üçün çox çətin vəziyyət idi. "Qəbələ" həmin 2 qolu özünə çox lazımlı anda vurdu. Bu zaman toparlanmaq bizə çox ağır idi. İkinci hissədə penaltidən qol buraxdıq və bundan sonra vaxtımız da olmadı ki, 2 qol vuraq. Futbolda belədir ki, lazımı anda qol vurursansa, oyun sənin xeyrinə dəyişir. Qolu buraxırsansa, əksinə olur".
Təcrübəli oyunçu qış fasiləsindən sonra daha yaxşı oynamasından da danışıb: "Razıyam ki, qol sayında xeyli artım var. Qış fasiləsindən sonra daha çox fərqlənmişəm. Amma həmişə belə səviyyədə oynamağa çalışıram. Nəinki özümün, komanda yoldaşlarımın da fərqlənməsinə səy göstərirəm. Onlar üçün cinahlardan ötürmələr edirəm. Qışdan qabaq da belə oynamağa çalışırdım. Ancaq indi oyunumda artım var. Onu da nəzərə alaq ki, keçən il Derlis Meza Kolli ilə birgə yarımmüdafiənin mərkəzində oynayırdım".