Bu gün futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Olimpik Starda kubokun cari mövsümünə İkinci Liqa təmsilçisi VİP FK və "Neftçi” İK-nın dueli ilə start verilib. VİP matçın gedişində hesabda geri düşsə də, sonradan 3 qol vurmağı bacarıb. "FK.İtaldizain Futsal” – "Yasamal” oyununda isə qalib əlavə vaxtda müəyyənləşib.
VİP FK – "Neftçi” İK (2:1) 3:1
"FK. İtaldizain Futsal” – "Yasamal” (4:2) 8:7 (ə.v)
EKOL - "Gilan” (4:0) 13:3
ADBTİA - "Avanqard” (3:0) 7:1
"Romana” – "Yasamal-2” (4:4) 8:9
"Standard” – "Hell Energy” (1:2) 3:5
¼ final mərhələsində qarşılaşacaq cütlüklər:
"Araz” - "Yasamal-2”
"Marafon Futsal” - "FK. İtaldizain Futsal”
VİP FK – EKOL
"Hell Energy” - ADBTİA