1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kimlərlə davam etməli olduğumu müəyyənləşdirdim"
"Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş turnirdə Türkiyə komandasına 0:4 hesabı ilə uduzduqları görüşdən sonra affa.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis bildirib ki, nəticə millimiz üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı olub: "Bu uşaqlar indiyə qədər belə oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Bu cür gərgin oyunlar keçirmək üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”.