
Premyer Liqadakı fasilədən istifadə "Neftçi” yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" I divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş flaqmanın 4:1 hesablı qələbəsi ilə nəticələnib. Qalib komandada qollardan 2-ni Ruslan Qurbanov, 2-ni isə Nikolas Kanales vurub. Baş məşqçi Arif Əsədovun daha çox gənc futbolçulara şans verdiyi oyunda Qurbanov və Kanales hərəyə bir dəfə penalti zərbəsindən yararlana bilməyiblər.