1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: "Komandadan gedənlər olacaq"
"Bacardığımız qədər hər bir komandaya qarşı müqavimət göstərməyə çalışdıq. Yekunda 7-ci yeri tutduq. Lakin məqsədimiz avrokuboka düşmək idi”.
Bunu Sportnet.az-a açıqlamasında "Səbail”in baş məşqçisi Samir Əliyev komandasının Topaz Premyer Liqasındakı debüt mövsümünü dəyərləndirərkən söyləyib.
39 yaşlı mütəxəssis deyib ki, üst pillədə qərarlaşan komandalar heyət baxımından daha üstün olsalar da, "Səbail” maksimum güc sərf edib: "Yaxşı matçlarımız da oldu, istədiytimiz kimi alınmayan da. Çıxışımıza kənardakılar qiymət verə bilər. Biz mümkün qədər bütün komandalar üçün çətin rəqib olmağa, öz dəst-xəttimizlə seçilməyə çalışdıq. Növbəti mövsümdə daha yaxşı nəticə qazanmaq üçün vuruşacağıq”.
Əliyev mayın 20-də XXVIII turda "Keşlə” ilə oyundan sonra rəhbərliklə görüşəcəyini, komandadan göndəriləcək futbolçular və gələcək planlar haqda müzakirə aparacağını qeyd edib. O, son turda da qalib gəlməyə çalışacaqlarını bildirib: "Turnir cədvəlində neçənci pillədə qərarlaşmağımızın, çempionatda heç bir hədəfimizin qalmamasının məsələyə dəxli yoxdur. Buna görə mübarizə aparmamalıyıq? Mayın 20-də "Keşlə” ilə matçımız var. Mübarizə aparmayıb, uduzaq? Belə olmaz axı. Biz öz oyunumuzu nümayiş etdiririk. Mövsüm başa çatandan sonra komandadan gedənlər olacaq. Onların arasında legionerlər də olacaq, yerli futbolçular da”.