1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"la oyunda tarix təkrarlana bilər" - MÜSAHİBƏ
"Zirə"nin futbolçusu Viktor İqbekoyinin bu gün "Sumqayıt" komandası ilə keçirəcəkləri Topaz Premyer Liqasının XXVIII tur matçından əvvəl Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın son turunda "Sumqayıt”la qarşılaşacaqsınız. Bu görüşü sizin üçün mövsümün matçı adlandırmaq olar?
- Bəli. Bu, mövsümün ən fərqli və çətin oyunu olacaq. Bunu bilir və buna görə də hazırlaşırıq.
- "Sumqayıt”la oyunda "Zirə”ni heç-heçə də qane edir. Belə vəziyyətlərdə taktikanı 1 xal qazanmaq üçün qurmaq doğru olar, yoxsa öz oyununu sərgiləmək?
- Düşünürəm ki, heç bir dəyişiklik olmayacaq. Baş məşqçimiz ən yaxşısını bilir və biz də Ayxan Abbasovun taktiki seçiminə uyğun oynayacağıq.
- Ötən mövsüm də Avropa Liqasına vəsiqə qazanmaq baxımından "Sumqayıt”la həlledici görüşünüz olmuşdu və 1:1 hesablı heç-heçə sayəsində avrokuboka vəsiqə qazanmaq baxımıdan önəmli addım atmışdınız. Həmin oyunu necə xatırlayırsınız və tarixin təkrarlanacağına inanırsınız?
- Fikrimcə, tarix yenidən təkrarlana bilər. Bu, futboldur. Sona qədər mübarizə apararaq, maksimum xal toplamağın gərəkliyini yaxşı bilirik. Bilirəm ki, biz bunu etməyə qadirik və edəcəyimiz təqdirdə, tarix təkrarlanacaq.
- "Zirə” avrokuboka düşə bilməsə, bu, sizin üçün faciə olacaq?
- Bəli, bu, mənim və bütün komanda yoldaşlarım üçün faciə xarakeri daşıya bilər. Amma bir şeyi unutmayaq ki, bu, futboldur və hər şeyin baş verməsi labüddur. Avropaya yollana bilməyəcəyimiz halda belə, həyat davam edir, biz hələ də birlikdəyik və gələcək üçün müəyyən planlarımız var.
- "Zirə” ilə müqavilənizin müddəti başa çatır. Klubunuzdan yeni təklif almısınızmı və ümumiyyətlə, qalmaq, yoxsa getmək istəyirsiniz?
- Mən bu məsələ ilə bağlı susacağam. "Zirə" mənə yeni müqavilə təklif etməyib və beləcə, mən gələcək karyeramla bağlı nə isə bir şey deyə bilmərəm. İstəyim isə mövsümü uğurla başa vurub, "Zirə"ni Avroliqada görməkdir. Bunun üçün Allahdan dualarımı əsirgəməyəcəyəm.