1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amil Yunanov "Sumqayıt"dan getdi
Azərbaycan milli komandasının futbolçusu Amil Yunanov "Sumqayıt” klubundan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a 25 yaşlı hücumçunun özü bildirib. O, deyib ki, Sumqayıt təmsilçisinin müqavilənin müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib.
Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.
Qeyd edək ki, Amil Yunanov başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardir adını qazanan "Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalıb. Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi.