
Azərbaycan millisinə dəvət alan "Keşlə”nin futbolçusu Polşanın "Pyast” klubunun maraq dairəsinə düşüb.
Bu barədə Sportnet.az-a 25 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, bildiririb, mayın 30-da "Keşlə” ilə müqaviləsinin müddəti başa çatacaq: "Menecerlər vasitəsi ilə Polşa klubundan mənimlə maraqlanıblar. Lakin ilk öncə klubumla yeni müqavilə barəsində danışmaq istəyirəm”.
Qeyd edək ki, Alxasov 2016-cı ilin yayından "Keşlə”də çıxış edir.