Türkiyənin "Göztəpə" klubu baş məşqçi Tamer Tuna ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, İzmir təmsilçisi42 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında bu addımı atıb.
Qeyd edək ki, Tamer Tuna 2017-2018 mövsümünün əvvəlindən "Göztəpə"nin sükanı arxasına keçib. Komandamövsümü 6-cı pillədə başa vurub.