1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynova 3 oyunluq cəza
AFFA İntizam Komitəsi "Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb əyalət təmsilçisinin kapitanının Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ”la matçın 45+2-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. "Qəbələ” Hüseynovun bu davranışına görə 2400 manat cərimə də ödəyəcək.
XXVIII turun "Sumqayıt” – "Zirə” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.
"Kəpəz” – "Neftçi” görüşünün 87-ci dəqiqəsində qonaqların futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.