
"Neftçi" klubunun futbolçusu İqnasio Errera komandandan ayrılır.
Sportnet.az xəbər verir ki, 31 yaşlı çilili futbolçu bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edib. Yarımmüdafiəçi "Birlikdə gözəl vaxt keçirdik, hər şey üçün təşəkkürlər. Çox sağ olun" yazıb.
Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından "Neftçi"də çıxış edir.
