Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub. "Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib.
Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib - 1:1.
27 may
Yoldaşlıq görüşü
19:00. Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1
Qol: Anton Krivotsyuk, 25-öz qapısına
Penaltini dəqiq yerinə yetirə bilmədi: Fərid Nəbiyev, 80 (qapıçı)
Azərbaycan: 22. Nicat Mehbalıyev, 3. Anton Krivotsyuk (kap.), 13. Murad Qayalı, 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 15. Əli Sadıxov, 8. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Hüseynəli Quliyev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü, 27. Ərziman Rizvanov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 26. Faiq Hacıyev
Baş məşqçi: Rəşad Sadıqov
Makedoniya: 1. Risto Yankov, 20. Aqron Rufati, 18. Vane Yovanov, 3. Mixail Manevski, 5. Nehar Sadiki, 17. Daniel Milovanovik, 8. Yani Atanasov, 10. Davor Zdravkovski (k), 21. Kristian Trayçeski, 14. Darko Çurlinov, 7. Milan Ristovski
Ehtiyat oyunçular: 12. Hristian Stevkovski, 22. Tomas Bojinoski, 4. Mile Todorov, 16. Marko Ferukoski, 6. Stefan Boqdanovski, 13. Filip Antovski, 15. Oliver Stoymenovski, 9. Kristian Trapanovski, 11. Omar İmeri, 2. Todor Todorovski
Baş məşqçi: Zvanko Zlatanovski
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov
"Dalğa Arena".