1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA İlqar Qurbanovu cəzalandırdı
AFFA İntizam Komitəsinin bugünkü iclasında 2018-2019 mövsümünün son oyunu olan Azərbaycan Kubokunun final matçında baş verənlərə baxılıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də üz-üzə gəlmiş "Keşlə" və "Qəbələ" klubları cəzalara məruz qalıb. Paytaxt təmsilçisi 5 futbolçusunun sarı vərəqə alması üzündən 800 manat cərimələnib.
88-ci dəqiqədə "Qəbələ”nin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Kluba daha 800 manat cərimə azarkeşlərinin 55-ci dəqiqədə pirotexniki vasitələrdən yararlanmaları, 1600 manat cərimə isə 90+3-cü dəqiqədə isə meydana kənar əşyalar atmaları səbəbindən kəsilib.
Qeyd edək ki, oyun "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.