İspaniyanın "Atletik" klubu Fransanın PSJ komandasının futbolçusu Yuri Berçiçeni heyətinə qatıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi 28 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Sözləşmənin şərtlərinə görə, başqa bir klub oyunçunu heyətinə qatmaq istəsə, "Atletik"ə 100 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Yuri Berçiçe 2017-ci ildən PSJ-də çıxış edir. O, bütün turnirlər daxil olmaqla Paris təmsilçsində 32 oyunda iştirak edib və 2 qol vurub.