1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sevilya"nın Avroliqa hədəfi açıqlandı
İspaniyanın "Sevilya" klubunun futbol üzrə Avropa Liqasındakı yaxın hədəfi qrup mərhələsinə yüksəlməkdən ibarətdir.
Sportnet.az-ın məlumatına görə, bunu komandanın futbolçusu Serxio Eskudero deyib. 29 yaşlı müdafiəçi bildirib ki, bu yolda ilk maneə II təsnifat mərhələsini adlamaqdan ibarət olacaq. Rəqib isə I təsnifat mərhələsinin "Neftçi" - "Uypeşt" (Macarıstan) cütünün qalibi olacaq.
Eskudero bütün diqqətlərini iyulun 26-da "Ramon Sançes Pisxuan" stadionunda keçirəcəkləri ilk görüşə yönəltmələrinin gərəkliyini vurğulayıb: "Baş məşqçimiz Pablo Maçinin prioriteti Avroliqanın təsnifat mərhələlərini adlamaqdan ibarətdir. Onun istəyini yerinə yetirməyə çalışmalıyıq. Hazırda yeganə hədəfimiz qrup mərhələsinə yüksəlməkdir".
Qeyd edək ki, "Neftçi" və "Uypeşt" komandaları arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.