Azərbaycanın FIFA referiləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ömər Paşayev "OFK Titoqrad” – "B36 Torşavn” matçını, Rəhim Həsənov isə "Zaria Balti” – "Qornik Zabrze” görüşünü idarə edəcək.
Avropa Liqası
19 iyul
"OFK Titoqrad” (Monteneqro) – "B36 Torşavn” (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
"Zaria Balti” (Moldova) – "Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov















































































