
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Macarıstan "Uypeşt"ini qəbul edən "Neftçi" itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, görüşün 33-cü dəqiqəsində rəqib qapıçı ilə toqquşmadan sonra zədələnən Namik Ələsgərov oyunu davam etdirə bilməyib.
Onu Emin Mahmudov əvəzləyib.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.