1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Liqası: Gecənin bütün nəticələri
Futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə 47 görüşdən 40-ı son oyun gününə təsadüf edib. Əvvəlki iki gün ərzində isə komandalar 7 matça çıxıblar.
Oyunlarını məğlubiyyətlə başa vuran "Qəbələ" və "Keşlə" klubları mərhələ şanslarını çətinləşdiriblər. Bununla belə, Lüksemburq "Proqres"i və Malta "Baltsan"ını üstələyəcəkləri təqdirdə, onların potensial rəqibləri məlumdur. "Rabotniçki" Makedoniyada Macarıstan "Honved"inə çətinliklə qalib gəlib - 2:1. "Honved" cavab görüşündə qələbə qazana bilməsə, mərhələni "Rabotniçki" adlayacaq. "Qəbələ" səfərdə "Proqres"i ən azı 2 top fərqi ilə yenə bilsə, növbəti mərhələyə yüksələcək və "Rabotniçki" - "Honved" cütünün qalibi ilə qarşılaşacaq.
"Keşlə" isə cavab görüşündə Maltanın "Baltsan" klubunu evdə 3:0 hesabı və ya ən azı 4 top fərqi ilə məğlub etməlidir. Bu cütün qalibi II təsnifat mərhələsində çox güman ki, Slovakiya "Slovan"ına rəqib olacaq. Çünki Bratislava komandası Moldovada "Milsami"yə 4:2 hesabı ilə qalib gələrək, mərhələ şanslarını xeyli yüksəldib.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
"Pünik” (Ermənistan) - "Vardar” (Makedoniya) - 1:0
"Ventspils” (Latviya) - "Luftetari” (Albaniya) - 5:0
"Çixura” (Gürcüstan) - "Beytar” (Yerusəlim, İsrail) - 0:0
"Rudar” (Velenye, Sloveniya) - "Tre Fiori” (San-Marino) - 7:0
"Partizani” (Albaniya) - "Maribor” (Sloveniya) - 0:1
"KuPS” (Finlandiya) - "Kopenhagen” (Danimarka) - 0:1
"Levadiya” (Estoniya) - "Dandalk” (İrlandiya) - 0:1
"Trakay” (Litva) - "İrtış” (Qazaxıstan) - 0:0
"Trans” (Estoniya) - "Jelezniçar” (Bosniya və Herseqovina) - 0:2
"Baltsan” (Malta) - "Keşlə” (Azərbaycan) - 4:1
"Lahti” (Finlandiya) - "Hafnarfyordur” (İslandiya) - 0:3
"Qəbələ” (Azərbaycan) - "Proqres” (Lüksemburq) - 0:2
"İlves” (Finlandiya) - "Slaviya” (Sofiya, Bolqarıstan) - 0:1
"Liepaya” (Latviya) - "Hakken” (İsveç) - 0:3
"Milsami” (Moldova) - "Slovan” (Slovakiya) - 2:4
"Ferentsvaroş” (Macarıstan) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
"Anortosis” (Kipr) - "Laçi” (Albaniya) - 2:1
"Petrokub” (Moldova) - "Osiyek” (Xorvatiya) - 1:1
"Konnak” (Uels) - "Şaxtyor” (Soliqorsk, Belarus) - 1:3
"Derri” (İrlandiya) - "Dinamo” (Minsk, Belarus) - 0:2
"Neftçi” (Azərbaycan) - "Uypeşt” (Macarıstan) - 3:1
"Stumbras” (Litva) - "Apollon” (Kipr) - 1:0
MOİK (Sofiya, Bolqarıstan) - "Riqa” (Latviya) - 1:0
"Vestmannaeyar” (İslandiya) - "Sarpsborq” (İsveç) - 0:4
"Enqordani” (Andorra) - "Kayrat” (Qazaxıstan) - 0:3
"Qurnik” (Polşa) - "Zarya” (Baltsi, Moldova) - 1:0
"B36 Torshavn” (Farer adaları) - "Titoqrad” (Monteneqro) - 0:0
"Rasinq Yunion” (Lüksemburq) - "Viitorul” (Rumıniya) - 0:2
"Şiroki Briyeq” (Bosniya və Herseqovina) - "Domjale” (Sloveniya) - 2:2
"Şemrok Rovers” (İrlandiya) - AİK (İsveç) - 0:1
"Rudar” (Plevlya, Monteneqro) - "Partizan” (Belqrad, Serbiya) - 0:3
"Buduçnost” (Monteneqro) - "Trençin” (Slovakiya) - 0:2
"Haybernian” (Şotlandiya) - "Runavik” (Farer adaları) - 6:1
"Lex” (Polşa) - "Qandzasar” (Ermənistan) - 2:0
"Kliftonvill” (Şimali İrlandiya) - "Nordşelland” (Danimarka) - 0:1
"Spartak” (Subotitsa, Serbiya) - "Kolreyn” (Şimali İrlandiya) - 1:1
"Reyncers” (Şotlandiya) - "Şkupi” (Makedoniya) - 2:0
"Radniçki” (Serbiya) - "Qzira Yunayted” (Malta) - 4:0
"Dunayska Ştreda” (Slovakiya) - "Dinamo” (Tbilisi, Gürcüstan) - 1:1
"Styarnan” (İslandiya) - "Nomme Kalyu” (Estoniya) - 2:0
11 iyul
"Banants” (Ermənistan) - "Sarayevo” (Bosniya və Herseqovina) - 1:2
"Rabotniçki” (Makedoniya) - "Honved” (Macarıstan) - 2:1
"Vaduts” (Lixtenşteyn) - "Levski” (Bolqarıstan) - 1:0
"Fola” (Lüksemburq) - "Priştina” (Kosovo) - 0:0
"Klaksvik” (Farer adaları) - "Jalgiris” (Litva) - 1:2
"Qlenavon” (Şimali İrlandiya) - "Molde” (Norveç) - 2:1
10 iyul
"Samtredia" (Gürcüstan) - "Tobol" (Qazaxıstan) - 0:1