Albaniyanın "Kukesi” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”la oyunlar üçün iştirak ərizəsinə dəyişiklik edib.
Sportnet.az UEFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq səviyyəsi yetərli olmayan braziliyalı hücumçu Roqeri makedoniyalı yarımmüdafiəçi Lavdrim Ebipi əvəzləyib. Baş məşqçisi Armando Kunqu heyətə ümumilikdə 22 futbolçu - 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu daxil edib.
Qapıçılar: 77. Stivi Fraşeri, 91. Faton Maleku, 98. Yetmir Başa
Müdafiəçilər: 4. Yuli Şameti, 5. Rustem Hoca, 6. Alba Ala, 8. Vanqel Zquro, 15. Haralamb Çaçi, 20. Simo Rumbulaku, 24. Edis Maliki, 26. Vilyam Kordeyru Melu
Yarımmüdafiəçilər: 10. Donyet Şkodra, 14. Lavdrim Ebipi, 18. Arber Çyurbiya, 21. Vesel Limay, 23. Besar Musoli, 27. Valen Etemi, 33. İrakli Dzariya, 99. Dino Şpehar
Hücumçular: 9. Sebino Plaku, 28. Haris Harba, 90. Artur Reginaldo
Qeyd edək ki, "Qarabağ” "Kukesi” ilə ilk matçını bu gün səfərdə keçirəcək. "Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.