1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Divizionda iştirakımız lüzumsuzdur"
"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası Azərbaycan I Divizionunda iştirakdan imtina edib.
Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, imtina qərarı bir neçə səbəblə əlaqədardır: "İlk növbədə, əvəzedici komandamızın I Divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının Divizionla birləşdirilməsinə qərar verdi. Divizionda iştirak üçün daha böyük büdcə lazımdır. Çünki "Qəbələ"də əvəzedici heyət U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma Divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".
AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi bildirib ki, burada qeyri-adi bir şey yoxdur: "I Divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır. Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".
Qeyd edək ki, 2018-2019 mövsümündə Azərbaycan I Divizionunda Premyer Liqa klublarının əvəzedici komandaları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub. "Qəbələ"nin I Diviziondan imtinasına dair ilk xəbəri Azərbaycan Radiosu yayıb.