1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Donald Gerye: "Bundan maksimum yararlanmalıyıq"
"Doğma meydandakı üstünlükdən maksimum yararlanmağa çalışsaq da, alınmadı. Bir qol oyunun taleyini həll etdi. İndi üstünlük rəqibin tərəfində olsa da, hələ heç nə bitməyib".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Donald Gerye evdə Belarus BATE-sinə 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Haitili cinah oyunçusu ümidlərini üzmədiklərini, mərhələ adlamaq üçün şanslarının olduğunu vurğulayb: "Qeydə alınan hesab şanslarımızı itirməyimiz üçün ciddi nəticə deyil. Qarşıda bizi 90 dəqiqə gözləyir. Bundan maksimum yararlanmalıyıq. BATE Bakıda qələbə qazanmağı bacarıbsa, eyni nətiəcəyə biz də səfərdə nail ola bilərik".
Gerye BATE-nin təəccüblü heç nə ilə yadda qalmadığını, ani səhvdən sonra rəqibin qol vurduğunu bildirib: "Güclü komanda olduqlarını bilirdik. Biz heç də onlardan zəif deyilik. Sadəcə, qol imkanlarını dəyərləndirə bilmədik. Xüsusən də ikinci hissədə xeyli şanslarımız oldu. İlk yarıda ehtiyatlı oynamağımız hesaba görə idi. Böyük qüvvə ilə irəli atılmaq riskli ola bilərdi. Ona görə də ehtiyatı əldən vermirdik. Fasilədən sonra isə bütün komanda ilə hücum etdik. Rəqib müdafiəyə çəkilməyə məcbur oldu".
29 yaşlı oyunçu rəqibin ucaboylu müdafiəçilərinin olmasına baxmayaraq, cinahlardan hava ötürmələrini çox etmələrinə də aydınlıq gətirib. O, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etdiklərini söyləyib: "Bunun özü də qol vurmaq üçün cəhddir. Futbolda elə bir qayda yoxdur ki, rəqib futbolçular ucaboydurlar deyə, asma etməməlisən. Əksinə, hava ötürmələri onları həyəcanlandırır, istər-istəməz təzyiq atında qalırdılar. Top hansısa futbolçularına dəyib qapıya daxil ola, yaxud birinin ayağından çıxıb bizim oyunçuya düşə bilərdi. Yəni, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırdıq. Komanda yoldaşlarıma inanıram. Daha çox güc sərf etsək, mərhələni keçəcəyik".
Qeyd edək ki, avqustun 14-də "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.