Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. Qitənin ən nüfuzlu klub turnirində "Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar 3:2 hesablı qələbəyə nail olaraq, cütün taleyini böyük ölçüdə həll ediblər.
Portuqaliyada "Benfika” Yunanıstan PAOK-u üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Serbiyada "Srvena Zvezda” ilə Avstriya "Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
23:00. BATE (Belarus) - PSV (Hollandiya) - 2:3
Qollar: Yasse Tuominen, 9. Aleksandr Qleb, 88 - Qaston Pereyro, 35 (penalti ilə). İrvinq Losano, 61. Donyell Malen, 89
23:00. "Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Pitsi, 45+1 (penalti ilə) - Amr Varda, 76
23:00. "Srvena Zvezda” (Serbiya) – "Zaltsburq” (Avstriya) - 0:0
Qeyd edək ki, daha 3 oyun avqustun 22-də keçiriləcək. Cavab görüşləri isə 28-29 avqustda təşkil olunacaq.