"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif" komandası Moldova Milli Diviziyasının XVII turunda "Milsami"nin qonağı olub.
Sportnet.az-ın məlumatına görə, görüş Tiraspol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 29-cu dəqiqədə Jo Santos, 90+2-ci dəqiqədə Rifet Kapiç vurub.
Bu qələbə sayəsində xallarını 39-a çatdıran "Şerif" ən yaxın rəqibi "Milsami"dən 7 xal aralanıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqadakı ilk oyununu avqustun 23-də Tiraspol şəhərindəki "Şerif" İdman Kompleksinin stadionunda keçirəcək. Cavab görüşü isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.