
"Keşlə" komandasının futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçimiz Qambiyanın Əlcəzair millisinə qarşı keçirəcəyi "AFCON 2019"un təsnifat matçı üçün çağırılıb. Oyun sentyabrın 8-də Qambiyada baş tutacaq.