1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin futbolçusu Toqoya qarşı tam oynadı
"Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda iştirak edib. Atakoranın heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.
İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.