1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Burada gördüklərimdən məmnunam" - VİDEO
"Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimat mərasimindən sonra "Neftçi TV”yə açıqlama verib:
Sportnet.az həmin açıqlamanı təqdim edir:
"Bir neçə ay bundan öncə Kamran Quliyevlə görüşüm oldu. Akademiya direktoru vəzifəsi ilə bağlı söhbətləşdik. O vaxt "Mançester Yunayted”in Bakıda fəaliyyət göstərən futbol məktəbində çalışırdım. Bununla belə, onun təklifi mənim üçün xoş oldu. Çünki "Neftçi”nin nüfuzuna bələdəm. "Mançester Yunayted Futbol Məktəbi” layihəsinin bu yay başa çatdığını öyrənəndən sonra "Neftçi”nin təklifini dəyərləndirdim. Sözün düzü, bu çoxdan arzuladığım işdir. Bu təklifi qəbul etdiyim üçün çox şadam”.
Bugünlərdə rəsmən işə başlayan ingiltərəli mütəxəssis qısa müddət ərzində gördüklərindən məmnun qaldığını bildirib: "Bir həftədir buradayam. Hələ ki akademiyanın futbolçularına baxmaq üçün geniş imkanım olmayıb. Amma gördüklərimdən məmnunam. Yeni bazamız fantastik olacaq. Ümid edirəm ki, gələn ilin yayına qədər hazır olar. Gördüyüm komandalar, futbolçular və məşqçilər çox yaxşıdır. Mənim işim onların səviyyəsini daha da qaldırmaqdır. Onlar öz üzərində işləməlidir. Bunun üçün onların gözəl təməli var. Həmçinin, gələcəkdə daha da inkişaf edə biləcək futbolçularımız var. Biz isə həm onlara, həm də məşqçilərə lazım olan bilgiləri verməliyik. Yeni bazada işləməliyik. Şadam ki, bu işə hamı hazırdır”.
O, məşqçilərin öz futbolçularının texnikasını inkişaf etdirmək üçün hazır olmasının ən vacib məqam olduğunu vurğulayıb: "Bakıda 4 ildir çalışıram. Azərbaycan futbolçularının istəyi, futbola böyük maraq və sevgi ilə yanaşması məni valeh edir. Texniki baxımdan futbolçular inkişaf etməlidir. Bu isə artıq bizim, yəni mənim və məşqçilərimizin işidir. Fikrimcə, ən vacib məqam məşqçilərin öz futbolçularının texnikasını inkişaf etdirmək üçün hazır olmasıdır. Bu, bir-iki günün işi deyil, amma iki-üç ilə bizim futbolçularımızın texnikası mütləq artacaq. Ona görə də uşaqlardan başlamalıyıq. Bu istiqamətdə işləyəcəyik. Bu oyunçularının bünövrəsi var və çox gözəldir. Onlara daha yaxşı təhsil lazımdır”.