
Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" - "Arsenal" matçını idarə edəcək Davide Massa 2014-cü ildən beynəlxalq dərəcəli hakim adını alıb.
Sportnet.az xəbər verir ki, italiyalı referi ikinci dəfə Azərbaycan komandasının oyununu idarə edəcək. O, 2014-2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında "Keşlə"nin səfərdə İsveçrə "Elfsborq"unu 1:0 hesabı ilə məğlub etdiyi oyunda baş hakim olub.
İtaliyalı hakim həmçinin 2015-2016 mövsümündə UEFA Gənclər Liqasında "play-off" mərhələsində İngiltərə "Arsenal"ının səfərdə BeLçikanın "Anderlext" komandasına 2:0 hesabı ilə məğlub olduğu oyunu idarə edib.