1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya və Almaniyada 3 top, "Mançester Yunayted"dən qolsuz oyun, MOİK-dən sensasiya - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə daha 6 görüş keçirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşmalardan yarısı məhsuldarlığı ilə diqqət çəkib. Portuqaliya "Benfika"sı Yunanıstanda AEK-ə 3:2, "Roma" İtaliyada Çexiya "Viktoriya"sına 5:0 hesabı ilə qalib gəlib. "Lion" isə Fransada Ukrayna "Şaxtyor"una məğlubiyyətdən qurtulub - 2:2. "Bavariya" Almaniyada Hollandiya "Ayaks"ı ilə 1:1, "Mançester Yunayted" İngiltərədə İspaniya "Valensiya"sı ilə 0:0 hesablı heç-heçə edib.
Gecənin sensasiyası isə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. MOİK Çempionlar Liqasının son 3 mövsümdəki qalibi İspaniya "Real Madrid"ini məğlubiyyətə uğradıb. Artıq 2-ci dəqiqədə Nikola Vlaşiçin vurduğu qol oyunda yeganə olub - 1:0. Uzatma dəqiqələrində MOİK-in qapıçısı İqor Akinfeyev baş hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.
Qeyd edək ki, daha əvvəl "Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu 3:0 hesabı ilə darmadağın edib. İngiltərənin "Mançester Siti" komandası isə Almaniyada "Hoffenhaym"a qalib gəlib - 2:1.
-----------------------------------
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II turun ilk 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu, "Hoffenhaym" isə Almaniyada İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Hər iki qarşılaşmada 3 qol vurulub.
"Yuventus" Paulo Dibalanın 5-ci, 33-cü və 69-cu dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. "Mançester Siti" isə elə ilk dəqiqədəcə qapısında qol görüb. Lakin İshak Belfodilin qoluna 8-ci dəqiqədə Serxio Aqüero, 87-ci dəqiqədə isə David Silva cavab verərək, mançesterliləri sevindirib.
Bu qələbələrdən sonra xallarını 6-ya çatdıran "Yuventus" H qrupunda, 3 xala malik "Mançester Siti" isə F qrupunda liderliyi ələ alıb.
Günün daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
--------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İspaniya "Real Madrid"i səfərdə Rusiya MOİK-i ilə üz-üzə gələcək. İspaniya klubu ilk turda evdə İtaliya "Roma"sını 3:0 hesabı ilə məğlub edib. MOİK isə səfərdə Çexiya "Viktoriya"sı ilə bərabərə qalıb - 2:2.
Madrid təmsilçisi bu qarşılaşmada 4 əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Serxio Ramos, İsko, Marselo və Qaret Beyl zədə səbəbindən matçda iştirak etməyəcək. Meydan sahiblərindən isə Viktor Vasin, Konstantin Kuçayev, Kristian Bistroviç, Xetaq Kosonov və Abel Ernandes zədəli olduqları üçün bu görüşü buraxacaqlar.
İtaliya "Yuventus"u İsveçrənin "Yanq Boyz"unu qəbul edəcək. Turin təmsilçisi I turda İspaniya "Valensiya"sını 2:0 hesabı ilə yenib. İsveçrə klubu isə evdə İngiltərənin "Manşester Yunayted" komandasına uduzub - 0:3. Meydan sahiblərinin ulduz futbolçusu Kriştianu Ronaldu ilk turda qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyəcək. Son İtaliya çempionu həmçinin, zədəli Duqlas Kostanın xidmətindən yararlana bilməyəcək. Qonaqların heyətində isə Qreqori Vütrix, Cordan Lotomba və Pedro Teyşeyranın bu görüşdə iştirak etməyəcəkləri dəqiqdir.
Günün digər maraqla gözlənilən oyunu Almaniyada baş tutacaq. "Bavariya" Hollandiya "Ayaks"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə evdə Yunanıstan AEK-ini məğlub edə bilib - 3:0 .
Meydan sahiblərinin heyətində Rafinya, Korenten Tolisso, Kinqsli Koman bu görüşü buraxacaq. Hollandiya klubunda isə Coel Veltman, Deili Sinkqraven, Burema Bande və Vaçlav Çerni zədəlidir.
Çempionlar Liqası, II tur
2 oktyabr
E qrupu
23:00. AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:3
Qollar: Viktor Klonaridis, 53; 63 - Haris Seferoviç, 6; Aleks Qrimaldo, 15. Alfa Semedo, 74
23:00. "Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) - 1:1
Qollar: Mats Hummels, 4 - Nussair Mazraui, 22
Xal durumu: "Ayaks" - 4, "Bavariya" - 4, "Benfika" - 3, AEK - 0.
F qrupu
20:55. "Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: İshak Belfodil, 1 - Serxio Aqüero, 8. David Silva, 87
23:00. "Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:2
Qollar: Mussa Dembele, 70. Leo Dubua, 72 - Junior Moraes, 45; 55
Xal durumu: "Lion" - 4, "Mançester Siti" - 3, "Şaxtyor" - 2, "Hoffenhaym" - 1.
G qrupu
23:00. MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) - 1:0
Qol: Nikola Vlaşiç, 2
Qırmızı vərəqə: İqor Akinfeyev, 90+5 (MOİK)
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0
Qollar: Edin Ceko, 3; 40; 90+2. Cengiz Ünder, 64. Castin Klüvert, 73
Xal durumu: MOİK - 4, "Roma" - 3, "Real Madrid" - 3, "Viktoriya" - 1.
H qrupu
20:55. "Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Paulo Dibala, 5; 33; 69
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:0
Xal durumu: "Yuventus" - 6, "Mançester Yunayted" - 4, "Valensiya" - 1, "Yanq Boyz" - 0.
Qeyd edək ki, Çempionlar Liqasının II turuna oktyabrın 3-də yekun vurulacaq.