
"Keşlə" klubunun futbolçusu Edvinas Girdvainis Litva yığmasına dəvət alıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Millətlər Liqasında oktyabrın 11-də Rumıniya millisinə, oktyabrın 14-də Monteneqro yığmasına qarşı keçiriləcək oyunlar üçün komandaya cəlb olunub.
Qeyd edək ki, Edvinas Girdvainis 2016-cı ildən Litva millisinin şərəfini qoruyur.