"Xəzər Lənkəran” güclü oyunçulardan təşkil olunmuş komandadır. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var". Sportnet.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın VIII turunda "Xəzər Lənkəran"la oyun öncəsi "Bakı"nın müdafiəçisi Vüqar Bəybalayev deyib.
Klubun rəsmi saytına danışan gənc futbolçu oyunun asan keçməyəcəyini bildirib: "Xəzər Lənkəran”la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedirik. İnşallah, qələbə qazanan tərəf biz olarıq”.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Bakı" matçı sabah 17:00-da başlanacaq.