1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ”a qarşı pis oynamayacağıq”
"Düşünürəm ki, "Qarabağ”a qarşı pis oynamayacağıq. Biz onlardan xallar ala biləcəyimizi ümid edirik”.
Sportnet.az xəbər verir ki, bunu Ukrayna "Vorskla”sının hücumçusu Vladislav Kulaç Portuqaliya "Sportinq”inə 2:1 hesabı ilə məğlub olduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.
25 yaşlı ukraynalı forvard "Sportinq”lə oyun barədə isə bunları bildirib: "Açığı, indi özümüzü çox pis hiss edirik. Erkən qol vurmaq bizə üstünlük gətirdi. Ancaq ikinci hissədə hesabı qorumaq istəyirdik. Düşünürəm ki, üzərimizdə həyəcan var idi. "Sportinq” hesabı bərabərləşdirdikdən sonra 1 xal qazanacağımızı düşünürdük, amma son dəqiqədə daha bir qol buraxıb məğlub olduq.”
Qeyd edək ki, oktybarın 25-də "Qarabağ” və "Vorskla” arasında baş tutacaq matç saat 20:55-ə start götürəcək.