"Qarabağ”ın heyəti Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal”a 0:3 hesabı ilə məğlub olandan sonra istirahətə buraxılsa da, kapitan Rəşad Sadıqov fərdi məşqlərini davam etdirir.
Sportnet.az xəbər verir ki, 36 yaşlı müdafiəçi artıq 4 gündür fizioterapevt nəzarəti altında çalışır.
Qeyd edək ki, "Qarabağ”ın Topaz Premyer Liqasının VII turunda "Keşlə” ilə oyunu təxirə salınıb.