1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Özil Bakıdan ağrılarla qayıdıb
İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil Bakıda "Qarabağ"la keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından ağrılarla qayıdıb.
Sportnet.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi Azərbaycan təmsilçisi ilə qarşılaşmada çiynindən zədə alıb. Bu səbəbdən, Özil oktyabrın 7-də "Fulhem"lə səfər oyununda iştirak etməyib. Baş məşqçi Unay Emeri onu iştirak ərizəsinə salmamasının səbəbini belə izah edib: "Qarabağ"la qarşılaşmadan sonra futbolçulara bir günlük istirahət vermişdim. Şənbə günü isə Məsut məşqə ağrılarla gəldi və "Fulhem"lə oyun öncəsi hazırlıq prosesində iştirak edə bilmədi. Buna görə London derbisini də buraxmalı oldu".
Özil daha əvvəl mayda zədə üzündən28 günədək oynamayıb. "Fulhem"lə oyunda "Arsenal" böyük hesabla qalib gəlib - 5:1.
Qeyd edək ki, Məsut Özil "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşmanın 65-ci dəqiqəsində meydana azarkeşlərin alqış sədaları altında daxil olub. Görüş isə "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.