
Premyer Liqanın VIII turu "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev üçün də əlamətdar tarix kimi seçilib. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu Premyer Liqada keçirdiyi oyunların sayını 250-yə çatdırıb.
Premyer Liqada debütü 2001/2002-ci illər mövsümünə mövsümünə təsadüf edən E.Abdullayevin hesabında 15 qol var. O, 250 və daha çox matç keçirən 39-cu futbolçu olub. Futbolçu buna qədər "Bakı”, "Neftçi”, AZAL, "Turan” və "Muğan”ın uğurları üçün çalışıb.
Qeyd edək ki, Abdullayevin yubiley oyununda "Xəzər Lənkəran" - "Bakı"nı darmadağın edib - 4:0.