1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Çelsi” 96-ci dəqiqədə hesabı bərabərləşdirdi
Bu gün İngiltərə Premyer Liqasında 9-cu turun açılış matçında Londonun "Çelsi” klubu "Mançester Yunayted”i qəbul edib.
Sportnet.az-ın məlumatına görə, görüş 2:2 hesabı ilə başa çatıb.
Oyunda hesab birinci hissənin 21-ci dəqiqəsində londonlular açıb. Müdafiəçi Antonio Ryudiger hücumçu Villianın məhsuldar ötürməsini qola çevirib. İkinci hissənin 55 və 73-cü dəqiqələrində isə "Mançester Yunayted”in hücumçusu Antoni Marsyal fərqlənərək komandasını önə çıxarıb. Lakin 96-cı dəqiqədə "Çelsi” yarımmüdafiəçi Ross Barklinin qolu ilə hesabı bərabərləşdirməyə nail olub.
Hazırda 21 xal toplamış "Çelsi” turnir cədvəlinə başçılıq edir, "Mançester Yunayted” 14-cü yerdə qərarlaşıb.