İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yaşıl meydanlardan 3 həftəyədək kənarda qala bilər.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı hücumçu La Liqanın IX turunda "Sevilya" ilə oyun zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb. Orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Beləliklə, 31 yaşlı forvard La Liqada "Real Madrid" (28 oktyabr) və "Rayo Valyekano" (4 noyabr) ilə qarşılaşmaları, Çempionlar Liqasında İtaliya "İnter"i ilə hər iki oyunu (24 oktyabr və 6 noyabr) buraxa bilər.