Topaz Premyer Liqasında XI turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, "Bakcell Arena"da keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 3:1. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmaya meydan sahibləri sürətli hücumlarla başlayıb. Flaqman bunun nəticəsi kimi 10-cu dəqiqədə hesabı açıb. Dario Frederikonun ötürməsindən sonra top "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynova dəyərək, tora daxil olub. 26-cı dəqiqədə isə Mirabdulla Abbasov hesabı 2:0-a çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə "Qarabağ" məğlubiyyətdən qurtulmaq üçün irəli atılıb. 85-ci dəqiqədə Mahir Mədətov fərqi azalda bilib. Lakin 88-ci dəqiqədə "Neftçi"nin hücumçusu Baqali Dabo fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra "Neftçi" xallarının sayını 22-yə çatdırıb və liderliyini möhkəmlədib. Bir oyun az keçirən "Qarabağ" isə 16 xalla 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Zirə"ni, "Səbail" "Keşlə"ni 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qəbələ" matçında isə qalib müəyyənləşməyib - 2:2.
-------------------------
Bu gün Topaz Premyer Liqasının IX turunda "Səbail” və "Keşlə” komandaları qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab birinci hissədə açılıb. 24-cü dəqiqədə "Səbail”in futbolçusu Yevgeni Koçuk 11 metrlik cərimə zərbəsindən fərqlənib, 29-cu dəqiqədə Fəhmin Muradbəyli komandasının ikinci qolunu vurub. İkinci hissədə isə meydan sahibləri azlıqda qalıb. "Səbail”in ilk qolunun müəllifi olan 25 yaşlı moldovalı yarımmüdafiəçiyə 48-ci dəqiqədə ikinci sarı vərəqə göstərilib və qırmızı vərəqə ilə meydandan qovulub. "Keşlə” 90+2 dəqiqədə Denis Silvanın qolu ilə fərqi azaldıb. Ancaq qonaq komanda bundan artığını edə bilmməyib.
Bununla da "Səbail” xallarını 16-ya çatdıraraq turnir cədvəlində 4-cü pillədə möhkəmlənib, 5 xalı olan "Keşlə” isə 7-ci pillədədir.
---
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Bayıl Arena"da "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Bu mövsüm hər iki komanda qeyri-sabit çıxışı ilə seçilir. "Səbail" "Zirə" və "Qarabağ" üzərində texniki qələbələrdən başqa daha 2 oyunda sevinməyi bacarıb. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. İlk qələbəsini ötən tur autsayder "Zirə" üzərində əldə edən "Keşlə" isə hazırda 5 xalla 7-ci pillədədir.
Bu komandalar indiyədək 5 dəfə üz-üzə gəliblər. Hərəyə 2 qələbə qazanan rəqiblər daha 1 görüşdə heç-heçə ediblər. Topların nisbəti 4:4-dür. "Keşlə” son üç görüşdə meydanı qolsuz tərk etməyib. "Səbail”in hər iki ev oyununda 1 qol vurulub.
Turun son matçında "Neftçi" və "Qarabağ" qarşılaşacaq. Bu komandalar II dövrəyə məğlubiyyətlə başlayıblar. Flaqman səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub. Ağdam təmsilçisi isə evdə "Səbail"i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşib - 0:3. Hazırda "Neftçi" 8 oyundan 19 xalla liderdir. Ehtiyatda bir görüşü qalan "Qarabağ" isə 16 xalla 2-ci pillədə yer alıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv liderliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdır.
Bu komandalar indiyədək 73 dəfə qarşılaşıblar. Bunların 19-da "Neftçi" qalib gəlibsə, 27 matçda "Qarabağ" sevinib. Daha 27 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi üstündür - 77:65. "Qarabağ” 3 oyundur rəqibinə qalib gələ bilmir. "Neftçi” ardıcıl 5 ev matçında qələbə qazanmayıb.
Topaz Premyer Liqası, IX tur
28 oktyabr (bazar)
15:00. "Səbail” – "Keşlə” - 2:1
Qollar: Yevgeni Koçuk, 24 (pen.), Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bayıl Arena”
17:00. "Neftçi” – "Qarabağ” - 3:1
Qollar: Abbas Hüseynov, 10 (öz qapısına). Mirabdulla Abbasov, 25. Baqali Dabo, 88 - Mahir Mədətov, 85
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bakcell Arena”
İlk oyun günündə "Sabah" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Qəbələ" matçında isə heç-heçə qeydə alınıb.