"Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi ölkədaxili yarışın qalibi olub. Fəxri kürsüdəki fotosunu sosial şəbəkədəki hesabından paylaşan Jezniçak "Kolleksiyam üçün daha bir kubok" yazıb.
Qeyd edək ki, Yakub Jezniçak 2017-ci il iyulun 6-dan "Qarabağ"da çıxış edir. Hazırda istirahətdə olan Ağdam komandası mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya bölgəsində bir araya gələcək.