"Qəbələ” klubu 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.
Sportnet.az-ın məlumatına görə, bu gün Bakıda bir araya gələn "qırmızı-qaralar” ilin ilk məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül qaçışla başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq fiziki təmrinlərin icrası ilə davam etdirilib. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər. Hazırlıq prosesində "Qəbələ”nin yeni transferi Anar Nəzirov da iştirak edib. Əvəzində legionerlər məşqə qatılmayıblar.
Qeyd edək ki, "qırmızı-qaralar” yanvarın 13-dək paytaxtda məşq edib, ardınca Türkiyəyə yollanacaq.