
"Qəbələ” futbolçu Aqil Məmmədovla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2017-ci ilin yayından əyalət təmsilçisinin heyətində yer alan Məmmədov 9 matçda meydana çıxıb.
Qeyd edək ki, A.Məmmədovun karyerasını "Neftçi”də davam etdirəcəyi bildirilir.