"Keşlə" klubu qapıçı Orxan Sadıqlı ilə müqaviləni pozub.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı qolkiperlə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Keşlə" ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Orxan Sadıqlı mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib.