"Azərbaycanda oynamaq mənim üçün bir təcrübə idi. Həmin vaxt məni "Atletiko"nun B komandasında məşqçim olmuş Milinko Pantiçin rəhbərliyi altında oynayırdım. "Atletiko"nun isə Azərbaycandan sponsoru var idi. Pantiç çox israr etdi və sonda məni inandırdı".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda İspaniya Sequndasında "Rasinq"in formasını geyinən "Bakı"nın sabiq futbolçusu Alberto Noquera "Eldiario"ya müsahibəsində deyib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycana çətinliklə öyrəşdiyini bildirib: "Qərar qəbul edərkən uğur qazanıb-qazanmayacağınızı heç vaxt deyə bilməzsiniz. Yekunda bu, bir təcrübədir. Azərbaycan futbolu İspaniyadan fərqlənir, hazırda inkişafdadır. Ölkədə müsəlman mədəniyyətidir. Ümumilikdə hər şey fərqlidir. Mənim üçün uyğunlaşmaq kifayət qədər çətin idi. Azərbaycandan qayıdanda isə transfer pəncərəsi bağlanmışdı".
Qeyd edək ki, Alberto Noquera "Bakı"da 2013-2014 mövsümündə çıxış edib.