
Yanvarın 13-də Antalya təlim-məşq toplanışına start verən "Neftçi”nin üzvləri tibbi baxışdan keçirlər.
Sportnet.az xəbər verir ki, bunu futbolçuları tibbi baxışdan keçirmək üçün düşərgəyə xüsusi olaraq dəvət edilmiş osteopat, fizioterapevt Rikardo Kontiqliani yerinə yetirir.
49 yaşlı italiyalı həkim daha bir neçə gün futbolçuları müayinə edərək, öz sahəsinə aid olan spesifik manipulyasiyaları onlara tətbiq edəcək.
Qeyd edək ki, baş məşqçi Roberto Bordinin çalışdırdığı "Hellas Verona” (İtaliya) və "Şerif” (Moldova) klubları ilə əməkdaşlıq etmiş Rikardo Kontiqlianinin sonuncu iş yeri "Latsio” olub. O, Roma təmsilçisində 3 il çalışıb. Bu sahədə 20 ildən çox təcrübəsi olan mütəxəssis bir çox tanınmış idmançıları da müayinə edib.