"Neftçi” komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının üçüncü günündə topla məşq edə bilməyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar olaraq hazırlıq yalnız fitnes zalında baş tutub. Səhər və axşam məşqində fiziki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan "ağ-qaralar” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. "Neftçi” yanvarın 18-də "Qaz Metan” (Rumıniya), yanvarın 20-də "Esteqlal” (İran), yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. "Qaz Metan”la görüş Bakı vaxtı ilə saat 17:00-da, "İstiqlal”la matç isə saat 16:30-da start götürəcək.