Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş hakim dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək.
Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.
Qeyd edə ki, matçlar yanvarın 29-dan fevralın 3-dək keçiriləcək.