Türkiyənin "Qalatasaray" klubundan ayrılaraq Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olan Qarri Rodrigesin yeni klubundakı debütü uğursuz alınıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kral Kuboku matçında "Əl Vaşm"la görüşdə meydana çıxmadan qırmızı vərəqə alıb.
Oyunçu 56-cı dəqiqədə hakimə sərt şəkildə etiraz edib və ikinci sarı vərəqəni alaraq texniki zonadan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Əl İttihad" Qarri Rodriges üçün "Qalatasaray"a 10,25 milyon dollar ödəyib. O, yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.