
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası ilk yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Samir Abasovun baş məşqçilik etdiyi kollektiv Rumıniya "Voluntari"si ilə üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 89-cu dəqiqədə Pərdis Fərcad-Azad penaltidən vurub.
Əslində, bu gün rəqib Rumıniyanın digər təmsilçisi "Konkordiya" olmalı idi. Lakin "Konkordiya"nın Antalya toplanışı ləğv olunduğundan "Zirə"nin rəqibi dəyişib.
Komandanın daha əvvəl yanvarın 15-də Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan görüşü hava şəraiti səbəbindən baş tutmayıb.
Qeyd edək ki, "Zirə" Antalya toplanışında daha 2 oyun keçirəcək. Qəsəbə təmsilçisi yanvarın 23-də Ukrayna "Vorskla"sı, yanvarın 26-da isə Makedoniya "Şkupi"si ilə qarşılaşacaq.
18 yanvar
17:00. "Zirə" - "Voluntari" (Rumıniya) - 1:0
Qol: Pərdis Fərcad Azad (pen), 89
"Zirə"nin start heyəti: 85. Kamal Bayramov (k), 27. Adrian Skarlatake, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 9. Aleksandr Dedov, 11. Dilan Duvetru, 10. Sadio Tounkara, 88. Tellur Mütəllimov, 7. Pərdis Fərcad-Azad
Qeyd edək ki, "Zirə" Antalya toplanışında daha 2 oyun keçirəcək. Yanvarın 23-də rəqib Ukrayna "Vorskla"sı, yanvarın 26-da Makedoniya "Şkupi"si olacaq.