Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Qaz Metan" kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub. Komandanın digər iki qoluna isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.
Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 oyuna çıxacaq. Paytaxt təmsilçisi yanvarın 20-də İranın "İstiqlal", 23-də Çexiyanın "Slovan” (Liberets), 26-da isə Bolqarıstanın "Beroe" komandası ilə üz-üzə gələcək.
Yoxlama oyunu
18 yanvar
17:30. "Neftçi" - "Qaz Metan" (Rumıniya) - 3:0
Qol: Rəhman Hacıeyev, 11. Əli Şirinov, 70, 84
"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Jesse Sekidika, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 36.Mamadu Kane, 77.Elvin Sərkərov.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 9.Baqali Dabo, 20.Elnur Süleymanov, 21.Məhəmməd Mirzəbəyov, 26.Ömər Buludov, 32.Mirkamil Əliyev, 70.Əli Şirinov, 95.Rəhman Daşdəmirov.