"Yaxşı rəqiblə qarşılaşdıq. Bununla belə, məğlubiyyətə layiq deyildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Kane Türkiyənin Antalya bölgəsində Çexiyanın "Slovan" (Liberets) komandasına 1:2 hesabı ilə uduzduqları yoxlama matçını şərh edərkən deyib. Qvineyalı yarımmüdafiəçi yeni komandasından razılıq ifadə edib: "Çox yaxşı heyətimiz var. Ümumiyyətlə, komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Futbolçularımız mənə dostcasına münasibət göstərirlər. Onlarla oynamaqdan zövq alıram. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıq”.
Qeyd edək ki, Mamadu Kane 2018-ci il dekabrın 1-də "Neftçi" ilə 3 illik müqavilə bağlayıb.